Unical Texnik MMC
AZ “Unical Texnik” MMC 2020-ci ilin fevral ayından etibarən müxtəlif növ elektrik enerji avadanlıqlarının təchizatı sahəsində fəaliyyət göstərir və generatorların, transformatorların, UPS sistemlərinin, gərginlik tənzimləyicilərin(stabilizatorları), elektrik veriliş xəttləri materiallarının, FO, rabitə kabellərinin, batareyaların təminatı və servisi üzrə Azərbaycan bazarında böyük bir paya sahibdir. Bir çox dünya markalarından birbaşa təminatı həyata keçirməklə yanaşı, qeyd olunan materiallar üzrə çox geniş bir stoka malikik.
Məqsədimiz müştərilərimizə etibarlı, səmərəli və uzunömürlü həllər təqdim etmək, layihələrdə zəmanət və servis üstünlükləri ilə dəyər yaratmaqdır.
Şirkət tarixi
Başlanğıc və ilk layihələr
Müştərilər üçün generator təchizatı və quraşdırma istiqamətində ilk uğurlu layihələr həyata keçirildi. Məhsul çeşidi tədricən genişləndirildi.
Məhsul portfelinin böyüməsi
Əl alətləri,gərginlik tənzimləyiciləri, hava kompressorları, UPS və akkumulyatorlar, inşaat maşınları, qaynaq aparatları, su nasosları kateqoriyaları əlavə olundu.
Servis və zəmanət
Rəsmi zəmanət, texniki servis və təchizat zənciri gücləndirildi. Müştəri məmnuniyyəti əsas prioritet olaraq qaldı.
Regional partnyorluqlar
Önəmli markalarla partnyorluq əlaqələri genişləndirildi, layihə idarəetməsi və təklif prosesləri rəqəmsallaşdırıldı.
Missiyamız
Müxtəlif növ elektrik enerji avadanlıqlarının təchizatı sahəsində müştərilərimizə ən yüksək keyfiyyət və mükəmməl xidmət göstərmək və lider şirkət olmaq.
Hədəfimiz
- Müxtəlif növ elektrik enerji avadanlıqlarının təchizatı sahəsində və ən qabaqcıl və etibarlı təchizatçı olmaq və müştərilərimizə ən yaxşı həllər təqdim etmək üçün davamlı olaraq böyümək və inkişaf etmək.